Lavrov-Rubio görüşü təxirə salındı

Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Marko Rubio arasında görüş təxirə salınıb.
Bu barədə CNN telekanalı Ağ Evdəki mənbəyə istinadən məlumat yayıb.
“Görüşün bu həftə niyə baş tutmayacağı hələlik aydın deyil, lakin mənbələrdən biri Rubio və Lavrovun görüşün mümkün yekunları barədə fərqli gözləntilərə malik olduğunu bildirib”, - məlumatda deyilir.
Həmçinin bildirilib ki, tərəflər arasında görüşün yeni tarixi hələ məlum deyil. Bundan başqa, danışıqların təxirə salınmasının Rusiya Prezidenti Vladimir Putin və ABŞ lideri Donald Tramp arasında Budapeştdə keçirilməsi gözlənilən görüşə necə təsir göstərəcəyi də bilinmir.
Daha çox xəbər:
23 oktyabr 2025, Cümə axşamı
ABŞ Rusiya ilə “barışır”, müttəfiqləri isə savaşa hazırlaşır: Qərb dünyasının “vahid müdafiə sistemi” tamamilə dağılır
23 oktyabr 2025, Cümə axşamı
Paşinyanın təşəkkürü, müxalifətin cığallığı, Ermənistan parlamentində gərginlik
21 oktyabr 2025, Çərşənbə axşamı
"Green Card" üçün qeydiyyatın başlanması niyə gecikir? - RƏSMİ CAVAB
Şərhlər (0)


