Qara hicab geyinənlər və saqqal saxlayanlar CƏRİMƏLƏNƏCƏK - Bu ölkədə ŞOK QƏRAR

Tacikistan hakimiyyəti qara hicabın, saqqalın və ərəb üslubunda olan geyimlərin geyinilməsini qanunla qadağan edib.
Bu barədə "Nuz.uz" nəşri məlumat yayıb.
Məlumata görə, xarici görünüşün bu cür elementləri ölkənin milli ənənələrinə uyğun olmayan yad ünsürlər kimi qəbul edilib.
"Xüsusilə "Tacik mədəniyyətinə yad" sayılan geyimlərin gətirilməsinə və geyilməsinə qoyulan qadağaya xüsusi diqqət yetirilir... Rəsmi qurumlar bu addımı dini radikalizm və ekstremizmə qarşı mübarizə zərurəti ilə izah edirlər", - deyə məqalədə bildirilir.
Yerli hakimiyyət orqanlarının nümayəndələri əhali arasında maarifləndirmə işləri aparır və qadınları milli Tacik geyimlərinə üstünlük verməyə çağırırlar.
Eyni zamanda, hüquq-mühafizə orqanları dini ekstremizmlə assosiasiya olunan saqqal saxlayan kişilərə nəzarəti gücləndiriblər. Bu tədbirlər ölkədə milli kimliyin qorunması və radikal dini cərəyanların təsirinin azaltması məqsədilə həyata keçirilir.
Daha çox xəbər:
06 yanvar 2026, Çərşənbə axşamı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB
14 aprel 2026, Çərşənbə axşamı
Qadınları Türkiyəyə apararaq cinsi istismara məruz qoyan 2 nəfər həbs edildi - VİDEO
Şərhlər (0)



