İranda qadınların bu görüntüləri gündəm oldu - Video

Kiş adası illərdir İranda görünməmiş bir mənzərəyə səhnə olub.
“Qafqazinfo” xəbər verir ki, yüzlərlə qadın məcburi hicab qaydalarına qarşı çıxaraq marafonu bu geyimsiz başa vurub.
Saçları açıq qaçan qadınların görüntüləri sosial mediada qısa müddətdə yayılıb və yarış bir çoxları tərəfindən “inqilabi” olaraq dəyərləndirilib.
“Finiş xəttini keçmək illərlə davam edən məhdudiyyətlərə qarşı zəfər kimi idi”, - yarışa qatılanlar arasında olan Sara bildirib.
Marafon 2022-ci ilin sentyabrında Mahsa Amininin polis nəzarətində olarkən ölümü ilə başlayan və ölkəyə yayılan hicab əleyhinə etirazlardan sonra təşkil edilən tədbirlərdən biri kimi diqqət çəkir.
“Yarış zamanı bir neçə dəfə dayanıb ağlamaq istədim, çünki hər şey yuxu kimi idi. İnsanlar bizi alqışlayırdılar, musiqi var idi... Özümüzü çox azad hiss etdik”, - Artemis qeyd edib.
Qeyd edək ki, İran hökuməti tez-tez məcburi hicab qanununu pozan qadınları həbs edir və cərimələyir, sosial media hesablarını bağlayır və üz tanıma texnologiyasından istifadə edərək xəbərdarlıqlar göndərir. Lakin qadınlar məhdudiyyətlərə baxmayaraq, mübarizələrini davam etdirirlər.
<embed width="100%" height="480" src="https://qafqazinfo.bax.tv/embed/217403.html?utm_source=playerden&utm_medium=paylasim&utm_campaign=son-xeberler" frameborder="0" webkitAllowFullScreen mozallowfullscreen allowFullScreen></embed>
Daha çox xəbər:
27 oktyabr 2025, Bazar ertəsi
Vanqa mifi – milyonlarla insan hələ də saxta “öncəgörən”in kəramətinə inanır
06 noyabr 2025, Cümə axşamı
Müqabil Atilxanov: Qəlbimizdə Əbədi Yaşayan Gün - Zəfərimizin 5-ci İlində Dövlətimizin Gücü və Xalqın Birliyi
06 noyabr 2025, Cümə axşamı
Şahlar Hüseynov: Qələbənin Beşinci İli: Şuşadan Başlayan Zəfər Yolu və Yenidən Doğulan Qarabağ
Şərhlər (0)


