Avropa ölkələri daha çox məsuliyyət götürməlidir - Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hesab edir ki, NATO-ya üzv Avropa ölkələri alyans çərçivəsində daha çox məsuliyyət daşımalıdır.
Ərdoğan bu barədə Ankara şəhərində Polşa Prezidenti Karol Navrotski ilə keçirdiyi görüşdən sonra bildirib.
Türkiyə lideri qeyd edib ki, iyulun 7-8-də Ankarada keçiriləcək NATO sammitində əsas prioritetlərdən biri alyansın Avropa sütununun və çəkindirmə potensialının gücləndirilməsi olacaq.
"Ankarada keçiriləcək NATO sammiti çərçivəsində alyansın Avropa sütununun və onun çəkindirmə potensialının gücləndirilməsi ümumi prioritetimizdir. Biz transatlantik əlaqələrin möhkəmləndirilməsini vacib hesab edirik və Avropalı müttəfiqlərin daha çox məsuliyyət götürməsinin tərəfdarıyıq", - deyə Ərdoğan vurğulayıb.
Daha çox xəbər:
06 yanvar 2026, Çərşənbə axşamı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB
16 dekabr 2025, Çərşənbə axşamı
Ərdoğan Tramp-Putin tandemini pozur: Türkiyə Ukrayna savaşında əsas orbitrə çevrilir
Şərhlər (0)



