Bu ölkə ukraynalılara yardımı dayandırdı

Polşa Prezidenti Karol Navrotski Ukrayna qaçqınları üçün xüsusi status və güzəştləri ləğv edən qanun imzalayıb.
"Bu barədə K.Navrotskinin mətbuat katibi Rafal Leskieviç X-də yazıb.
"19 fevral 2026-cı ildə Polşa Prezidenti Karol Navrotski silahlı münaqişə ilə əlaqədar ölkə ərazisində məskunlaşan Ukrayna vətəndaşlarına yardım haqqında müddəaların ləğvi ilə bağlı qanunu imzalayıb”, - deyə bildirilib.
Sənədə əsasən, ukraynalılara səhiyyə və mənzildən pulsuz istifadə etmək imkanı verilməyəcək. Burada Polşada müalicə alan ukraynalı hərbçilər üçün tibbi xidmətlər istisna ediləcək.
Belə ki, ölkədə qanuni qalma müddətini uzatmaq üçün Ukrayna vətəndaşlarına üç illik yaşayış icazəsi təklif olunacaq.
Daha çox xəbər:
06 yanvar 2026, Çərşənbə axşamı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB
22 yanvar 2026, Cümə axşamı
Azərbaycanda vətəndaşlar özəl xəstəxanalarda da onkoloji yardım ala biləcək
Şərhlər (0)



