Telefon:
+994 55 670 70 88
Xəbərçi » Dünya » Həmin ordeni Polşaya qaytardı

Həmin ordeni Polşaya qaytardı

23 iyun 2026, Çərşənbə axşamı
2
0

Həmin ordeni Polşaya qaytardı

Ukrayna Prezidenti Volodimir Zelenski “Ağ Qartal” ordenini Polşaya qaytarıb.

“Polsat News” xəbər verir ki, bu barədə Polşa Prezidenti Karol Navrotskinin mətbuat katibi Rafal Leskeviç bildirib.

“Orden geri qaytarılıb. Bu gün biz onu prezident dəftərxanasından götürdük. Geri qaytarılmış orden saxlanılması üçün Mükafatlar və Təyinatlar İdarəsinə təhvil veriləcək. Konkret bu orden bundan sonra heç kimə təqdim olunmayacaq”, - mətbuat katibi deyib.

Leskeviç əlavə edib ki, Polşa Ukrayna ordusunun hərbi bölmələrindən birinə “UPA qəhrəmanları” adının verilməsinə biganə qala bilməzdi.

Xatırladaq ki, daha əvvəl K.Navrotski V.Zelenskini ölkənin ən yüksək mükafatı olan “Ağ Qartal” ordenindən məhrum edib. O bu qərarını Ukrayna Silahlı Qüvvələrinin bir bölməsinə “UPA qəhrəmanları” adının verilməsi ilə izah edib. Zelenski iyunun 20-si “Ağ Qartal” ordenini poçtla geri göndərmişdi.

Şərh yaz
Şərhlər (0)