Telefon:
+994 55 670 70 88
Xəbərçi » Dünya » Lox kəndində inanılmaz olay: adına görə, gələnlər bu hərəkəti edir

Lox kəndində inanılmaz olay: adına görə, gələnlər bu hərəkəti edir

19 iyun 2026, Cümə
2
0

Lox kəndində inanılmaz olay: adına görə, gələnlər bu hərəkəti edir

Qəribə ad daşıyan kənddə yol nişanlarının oğurlanması problemə çevrilib.

Rusiyanın Saratov vilayətində yerləşən Lox kəndində turistlər yol nişanlarını kütləvi şəkildə oğurlayırlar. Yerli sakinlərin sözlərinə görə, indiyədək kəndin adını göstərən 20-dən çox nişan yoxa çıxıb.

Hətta sakinlərin özlərinin hazırladığı əl işi lövhələr belə oğurluqdan xilas ola bilməyib. Turistlər qeyri-adi ad daşıyan kənddən xatirə aparmaq üçün nişanları sökərək özləri ilə götürürlər.

Rayon rəhbərliyi itən göstəricilərin bərpa ediləcəyini açıqlayıb. Bununla yanaşı, kənddə təhlükəsizlik tədbirlərinin gücləndiriləcəyi bildirilib.

Məlumata görə, ilk dəfə olaraq müşahidə kameraları quraşdırılacaq, yeni yol nişanlarına isə GPS izləmə sistemləri yerləşdiriləcək.

Şərh yaz
Şərhlər (0)