Telefon:
+994 55 670 70 88
Xəbərçi » Dünya » Yutubda artıq bu da mümkündür

Yutubda artıq bu da mümkündür

17 aprel 2026, Cümə
2
0
Yutubda artıq bu da mümkündür
 
Yutub tətbiqində (iOS və Android) qısa videolar – "Shorts" bölməsini tamamilə deaktiv etmək imkanı təqdim olunub.
 
Bu barədə "The Verge" nəşri məlumat yayıb.
 
Qeyd edək ki, "Shorts" üçün vaxt məhdudiyyəti funksiyası ilk dəfə yanvar ayında istifadəyə verilmişdi, lakin həmin vaxt yalnız 18 yaşdan kiçik istifadəçilər üçün aktiv idi. Üstəlik, minimum limit 15 dəqiqə idi və onu sıfıra endirmək mümkün deyildi.
 
Yutub nümayəndəsi Makkenzi Spillerin sözlərinə görə, artıq 0 dəqiqəlik limit seçimi bütün valideynlər üçün əlçatandır və hazırda bütün istifadəçilər üçün mərhələli şəkildə tətbiq olunur.
 
Məhdudiyyət limiti tamamlandıqda tətbiq bildiriş göndərir və "Shorts" videolarını əsas səhifədən gizlədir. Bu funksiyanı aktivləşdirmək üçün “Vaxtın idarə olunması” (Time Management) bölməsindən istifadə etmək mümkündür.(Axşam.az)
Şərh yaz
Şərhlər (0)