ARDNF və "Brookfield Asset Management" uzunmüddətli strateji əməkdaşlığa dair niyyət protokolu imzalayıb

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda "Brookfield Asset Management" şirkətinin prezidenti Konnor Teski ilə görüşüb.
Söhbət zamanı "Brookfield Asset Management"in real aktivlərə yönəlmiş qlobal investisiya fəaliyyəti nəzərə alınmaqla Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) ilə əməkdaşlıq çərçivəsində ölkədə investisiya baxımından maraq doğuran sahələr və mümkün layihələr barədə fikir mübadiləsi aparılıb.
Görüş çərçivəsində ARDNF ilə "Brookfield Asset Management" arasında uzunmüddətli strateji əməkdaşlığa dair niyyət protokolu imzalanıb.
Sənəd mövcud strateji münasibətlərin institusional əsasda daha da dərinləşdirilməsini, Fondun qlobal miqyasda nüfuzlu investisiya platformalarına çıxış imkanlarının genişləndirilməsini nəzərdə tutur. Bununla yanaşı ARDNF-nin "Brookfield" tərəfindən idarə olunan fondlara və birgə investisiya layihələrinə 3-4 il müddətində ümumilikdə 1,4 milyard ABŞ dollarınadək kapital qoyuluşu imkanlarının dəyərləndirilməsi planlaşdırılır.
Əməkdaşlıq çərçivəsində Azərbaycanda investisiya potensialı olan əsas sahələr, o cümlədən enerji keçidi və saxlancı, bərpaolunan enerji, rəqəmsal infrastruktur və digər sahələr üzrə imkanların araşdırılması nəzərdə tutulur.
Daha çox xəbər:
06 yanvar 2026, Çərşənbə axşamı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB
22 dekabr 2025, Bazar ertəsi
Eldar Quliyev: “Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi praqmatik xarici siyasət kursu ölkəmizə beynəlxalq münasibətlər sistemində etibarlı strateji tərəfdaş imici qazandırıb”
Şərhlər (0)



