Əraqçi: Nüvə silahına dair fətva yeni ali rəhbərin mövqeyindən asılı olacaq

İranın nüvə doktrinasının əhəmiyyətli dərəcədə dəyişməsi ehtimalı azdır, lakin yeni ali rəhbər Müctəba Xameneinin mövqeyinin elan edilməsini gözləmək lazımdır.
Report xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi "Al Jazeera"ya müsahibəsində bildirib.
Onun sözlərinə görə, nüvə silahının qadağan edilməsinə dair fətva ABŞ və İsrailin zərbələri nəticəsində həlak olmuş ali rəhbər Əli Xamenei tərəfindən verilmişdi.
"İranın nüvə doktrinası həmişə sülh xarakterli olub və biz həmişə nüvə enerjisindən dinc məqsədlərlə istifadə hüququmuzu həyata keçirməyə çalışmışıq və buna davam edirik. Bildiyiniz kimi, fətva onu kimin verməsindən asılıdır. Mən başa düşdüyüm qədərilə o, əvvəlki siyasətimizdən çox da fərqlənməməlidir, lakin biz onun mövqeyini öyrənənə qədər gözləməliyik", - Əraqçi qeyd edib.
Daha çox xəbər:
06 yanvar 2026, Çərşənbə axşamı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB
26 dekabr 2025, Cümə
Tərtər rayonunda dövlətçilik ruhunun, sosial məsuliyyətin və vətəndaş xidmətinin parlaq siması – İcra Hakimiyyəti başçısının müavini Abbas Cavadov
12 fevral 2026, Cümə axşamı
SON DƏQİQƏ: DTX Ramiz Mehdiyev, Abbas Abbasov, Əli Kərimli və digərləri barədə məlumat yayımladı - VİDEO
Şərhlər (0)


