İranın yeni ali lideri Müctəba Xamenei kimdir? - DOSYE

Martın 8-də Müctəba Xamenei İranın yeni ali lideri seçilib.
Onun həyatı barədə bəzi məlumatları təqdim edir.
İranın sabiq dini lideri Əli Xameneinin oğlu Müctəba Xamenei 1969-cu (bəzi mənbələrdə 1968) ildə İranın Məşhəd şəhərində anadan olub.
Qum şəhərində dini təhsil alıb, şiə ilahiyyatı üzrə klassik hövzə (dini seminariya) sistemində yetişib.
İran siyasi sistemində rəsmi dövlət vəzifəsi tutmasa da, uzun illər ölkənin siyasi və təhlükəsizlik strukturlarına təsir edən fiqurdur.
O, atasının siyasi şəbəkəsinə yaxın şəxslərlə əlaqələri koordinasiya edən şəxslərdən biri olub.
Bəzi ekspertlər Müctəba Xameneinin İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə yaxın əlaqələrə malik olduğunu qeyd edirlər. Bu əlaqələrin onun ölkə daxilində siyasi təsir imkanlarını artırdığı bildirilir.
Müctəba Xamenei ictimaiyyət qarşısında nadir hallarda görünür və mediada çox az çıxış edir. Onun şəxsi həyatı və fəaliyyəti barədə məlumatlar məhduddur, buna görə də o, İran siyasətində ən qapalı fiqurlardan biri hesab olunur.//Oxu.Az
Daha çox xəbər:
06 yanvar 2026, Çərşənbə axşamı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB
12 fevral 2026, Cümə axşamı
SON DƏQİQƏ: DTX Ramiz Mehdiyev, Abbas Abbasov, Əli Kərimli və digərləri barədə məlumat yayımladı - VİDEO
Şərhlər (0)



