Ermənistanda qətllər hazırlayan silahlı cinayətkar qrup zərərsizləşdirilib

Ermənistanda qətllər hazırlayan silahlı cinayətkar qrup aşkar edilərək zərərsizləşdirilib.
News.am xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, polis tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, bir qrup şəxs cinayətkar dəstə yaradaraq qanunsuz silah-sursat əldə edib, adam öldürməyə, quldurluq basqınlarına və mənzil oğurluqlarına hazırlaşıblar.
"Həmin şəxslər müxtəlif insanların şəxslərarası və maliyyə problemlərinə müdaxilə edərək, yüksək kriminal nüfuz statusuna malik şəxslərə müraciət ediblər, habelə kriminal subkultura daşıyan qruplaşmanın toplantılarında və fəaliyyətlərində iştirak ediblər.
Faktla bağlı cinayət işi başlanılıb. Cinayətkar qruplaşmanın üzvlərinə qarşı qəsdən adam öldürməyə hazırlıq, adam öldürməyə cəhd, qanunsuz silah-sursat saxlama, xuliqanlıq, oğurluq, narkotik vasitələrin satışı və digər maddələrlə ittiham irəli sürülüb.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətkar qruplaşmanın üzvləri saxlanılıblar. Dəstənin 10 üzvü barəsində dövlət tərəfindən cinayət təqibi başlanılıb. Hazırda ibtidai istintaq davam edir", - deyə məlumatda vurğulanır.(oxu.az)
Daha çox xəbər:
06 yanvar 2026, Çərşənbə axşamı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB
28 noyabr 2025, Cümə
“Gələcəyin İnşasında Liderlik: Famil Bağıyev və ‘Orbita’ Mənzil Tikinti Kooperativi”
27 dekabr 2025, Şənbə
“Güzəştli mənzil” sisteminə kiberhücum: DTX əməliyyatı ifşa etdi, cinayət işi açıldı
Şərhlər (0)


