Tramp təyyarə və komandoları göndərdi - Xamneyini izləyirlər
ABŞ prezidenti Donald Trampın etirazçıların öldürüləcəyi təqdirdə İrana müdaxilə ediləcəyi barədə Tehran hökumətinə xəbərdarlığından sonra ABŞ hərbi təyyarələri və xüsusi təyinatlıları Böyük Britaniya və Almaniyaya köçürülüb.
Bu barədə Britaniyanın "San" nəşri yazıb.
Nəşrin məlumatına görə, 160-cı xüsusi əməliyyatlar aviasiya alayının "C-17 Globemaster" təyyarəsi və iki AC-130 təyyarəsi İngiltərədəki "RAF Fairford" hava bazasına eniş edib.
"Bu hərəkət 12 günlük müharibədə nüvə obyektlərinin bombalanmasından əvvəl ABŞ hərbi hava qüvvələrinin hərəkətlərinə oxşayır.
Qırıcı təyyarələrin geniş etirazlarla üzləşən Əli Xamneyini izlədiyinə inanılır. 160-cı alay adətən yüksək dəyərli hədəflərə qarşı sürətli və yüksək riskli missiyalar həyata keçirir", - nəşr əlavə edib.
Qeyd edək ki, İranda iqtisadi vəziyyətə görə genişmiqyaslı etiraz aksiyaları keçirilir. Donald Tramp etirazçıların öldürüləcəyi təqdirdə ABŞ-nin çox sərt cavab verəcəyi barədə İran hökumətinə iki dəfə sərt xəbərdarlıq edib./axar.az
Daha çox xəbər:
05 yanvar 2026, Bazar ertəsi
Əməliyyatın ŞOK DETALLARI və FOTOSU yayıldı - Maduronun nəfəsi də izlənib
06 yanvar 2026, Çərşənbə axşamı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB
07 noyabr 2025, Cümə
Qlobal nüvə savaşının "başlanma şifrələri" dəyişdi: Dünya artıq "qarşılıqlı məhv" mərhələsinə daxil olur
Şərhlər (0)


