SENSASİON İXTİRA: İnsan düşüncələrini qeydə alan CİHAZ YARADILDI
Çində gündəlik həyat üçün "ikinci beyin" yaradılıb.
CES 2026 texnologiya sərgisində "SwitchBot" şirkəti qulağa taxılan süni intellekt əsaslı klips – "MindClip" adlı yeni qurğunu təqdim edib.
Məlumata görə, bu qadcet istifadəçinin gündəlik söhbətlərini və ucadan səsləndirdiyi fikirləri avtomatik şəkildə qeydə alır.
Toplanan məlumatlar sonradan ağıllı axtarış funksiyası ilə təchiz olunmuş şəxsi məlumat bazasında saxlanılır. İstehsalçılar bildirirlər ki, "MindClip" istifadəçinin eşitdiyi, düşündüyü və dediyi məlumatları sonradan asanlıqla tapmaq və xatırlamaq üçün nəzərdə tutulub. Bu baxımdan cihaz insan beyni üçün "xarici yaddaş" və ya sərt disk rolunu oynayır.
Qulağa taxılan bu AI-klips cəmi 18 qram çəkir və 100-dən çox dili tanıyaraq anlaya bilir. Qurğu gündəlik istifadə üçün kompakt dizayna malikdir və daimi daşınma üçün nəzərdə tutulub.
Hazırda "MindClip" in satış qiyməti, eləcə də süni intellekt funksiyalarından istifadə üçün tələb olunacaq abunə haqqı ilə bağlı məlumat açıqlanmayıb. Şirkət bu detalları daha sonra ictimaiyyətə təqdim edəcəyini bildirib.
Daha çox xəbər:
06 yanvar 2026, Çərşənbə axşamı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB
04 dekabr 2025, Cümə axşamı
İşğaldan azad edilmiş ərazilərdə tərəqqi və reinteqrasiya: Azərbaycanda yeni iqtisadi güc mərkəzi yaranır - TƏHLİL
25 noyabr 2025, Çərşənbə axşamı
Nüvə enerjisinin qaranlıq mirası: Təhlükəli tullantılar harada və necə saxlanılır?
Şərhlər (0)
