Tramp onu çox rəqs etdiyinə görə QAÇIRIB? - İlginc İDDİA
Maduronun ictimai rəqsləri Trampın onu qaçırmaq qərarında həlledici olub.
New York Times qəzeti Venesuela prezidenti Nikolas Maduronun ictimaiyyət qarşısında göstərdiyi davranışların ABŞ prezidenti Donald Trampın onu qaçırmaq planına təsir etdiyini yazır.
Məqalədə bildirilir ki, son həftələrdə Maduronun mütəmadi ictimai rəqsləri və digər laqeydlik nümunələri Trampın komandasında bəzilərini prezidentin onlara istehza etdiyinə inandırıb.
Mənbələrə istinadla qeyd olunur ki, bu davranış Ağ Evi hərbi hədələri həyata keçirməyə təşviq edən əsas amillərdən biri olub. Xəbərdə vurğulanır ki, Maduro “Müharibəyə yox, sülhə bəli” mahnısı altında rəqs edib və bu, Tramp komandasının Venesuela prezidentinə Türkiyəyə könüllü mühacirət təklif etməsindən dərhal sonra baş verib.
Nəşr onu da əlavə edir ki, Trampın qərarı və planı birbaşa Maduronun ictimai davranışlarına reaksiya kimi qiymətləndirilir və bu, ABŞ-ın Latın Amerikası siyasətində nadir hallarda rast gəlinən kəskin addım sayılır.
Daha çox xəbər:
29 dekabr 2025, Bazar ertəsi
Bakı şəhəri “Dünyanın İdman Paytaxtı” seçilmişdir və bu da çox böyük hadisədir, bizim üçün böyük şərəfdir
05 yanvar 2026, Bazar ertəsi
Əməliyyatın ŞOK DETALLARI və FOTOSU yayıldı - Maduronun nəfəsi də izlənib
18 noyabr 2025, Çərşənbə axşamı
Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) verdiyi müsahibə
Şərhlər (0)


