Paşinyan Erməni kilsəsinə qarşı hərəkətə başladı
Ermənistanın baş naziri Nikol Paşinyan Katolikosun istefasını tələb edən bir qrup yepiskopun iştirakı ilə hazırlanmış Erməni Apostol Kilsəsinin “bərpası və nizamlanması”na dair yol xəritəsi sənədini qəbul edib.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, yayımlanan bəyanata əsasən, sözügedən proqram çərçivəsində ilk mərhələdə kilsənin “bərpası proqramının” ictimaiyyətə açıq şəkildə elan edilməsi nəzərdə tutulur. Növbəti addım kimi isə Katolikosun vəzifədən uzaqlaşdırılması planlaşdırılır.
Sənəddə daha sonra Katolikosun səlahiyyətlərini müvəqqəti icra edəcək şəxsə dair seçkilərin keçirilməsi və yeni kilsə nizamnaməsinin qəbul edilməsi nəzərdə tutulur. Bu nizamnamənin məqsədi kilsə daxilində prinsiplərin qorunması, maliyyə şəffaflığının təmin edilməsi və ruhani şəxslərin davranışına nəzarət mexanizmlərinin yaradılması kimi təqdim olunur.
Yol xəritəsinin son mərhələsində isə mövcud prosedurlara uyğun şəkildə Katolikos Bütün Ermənilərin seçkilərinin keçirilməsi planlaşdırılır.
Daha çox xəbər:
25 dekabr 2025, Cümə axşamı
Paşinyan katolikosa həlledici zərbəyə hazırlaşır - Yeni ilə 3 gün qalmış...
26 noyabr 2025, Çərşənbə
Paşinyan erməni kilsəsini çökdürür, Rusiyaya ağır zərbə vurur: Kreml üçün “Ukrayna ssenarisi”ndən başqa variant qalmadı
10 dekabr 2025, Çərşənbə
Kreml İrəvana erməni kilsəsindən hücuma keçib: Rusiya Cənubi Qafqaz üçün yeni xaos ssenarisi yazır
Şərhlər (0)

