Sərhəddə partlayışa hazır vəziyyət: İsrail qoşunları Suriyanın Dəraa vilayətinə girərək geri çəkildi

Yanvarın 2-si axşam saatlarında İsrailə məxsus hərbi bölmələr Suriyanın Dəraa vilayətinin qərb hissəsinə daxil olub. Bu barədə Suriyanın dövlət agentliyi SANA məlumat yayıb.
Məlumata görə, dörd hərbi maşından və təxminən 20 hərbçidən ibarət İsrail kolonu Yarmuk çayı hövzəsində yerləşən və hazırda istifadəsiz olan “Sariyat Cəmlə” obyektinə doğru irəliləyib. Bölmə ərazi yaxınlığında mövqe tutduqdan sonra qısa müddət ərzində geri çəkilib.
Qeyd olunur ki, bundan bir gün əvvəl İsrail qüvvələri Quneytra vilayətinin kənd ərazilərində də reyd həyata keçirib. Hərbi bölmələr əl-Ədnaniyə istiqamətindən çıxaraq bir neçə yaşayış məntəqəsinə doğru irəliləyib, daha sonra bölgəni tərk ediblər.
Dəməşqdəki rəsmi qurumlar bəyan ediblər ki, bu cür addımlar 1974-cü il qüvvələrin ayrılması haqqında razılaşmanın açıq şəkildə pozulmasıdır. Suriya tərəfi İsrail hərbi qüvvələrinin ölkə ərazisindən dərhal çıxarılmasını tələb edib.
Daha çox xəbər:
24 dekabr 2025, Çərşənbə
Yaxın Şərqdə yeni “hərbi partlayış” riski artır: Türkiyə Suriyada ABŞ-a bağlı terrorçuları “ovlayır”
30 dekabr 2025, Çərşənbə axşamı
Suriya yeni pul vahidini təqdim etdi: sıfırlar ləğv olundu, istehsala vurğu edildi
04 dekabr 2025, Cümə axşamı
İşğaldan azad edilmiş ərazilərdə tərəqqi və reinteqrasiya: Azərbaycanda yeni iqtisadi güc mərkəzi yaranır - TƏHLİL
18 noyabr 2025, Çərşənbə axşamı
Rusiyadan ilginc demarş - səfirliyimiz yaxınlığında raket bazası var?
12 noyabr 2025, Çərşənbə
Ağ Ev Kremlin son "alınmaz qala"sını da dağıdır: Trampın "güclü lideri" Rusiyanı Suriyadan çıxarır
Şərhlər (0)
