Yaxın Şərqdə gözlənilməz dönüş: İsrail və Suriya təhlükəsizlik sazişinə yaxınlaşdı
İsrail və Suriya arasında təhlükəsizlik sazişi üzrə danışıqlarda mühüm irəliləyiş əldə olunub.
"i24News" telekanalının yaydığı məlumata görə, Suriya tərəfdən keçid dövrünün prezidenti Əhməd əş-Şaraaya yaxın mənbənin bildirdiyinə görə, təhlükəsizliklə bağlı sənədin yaxın vaxtlarda imzalanması mümkündür.
Məlumatda qeyd olunur ki, danışıqlarda əldə olunan irəliləyişə ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ciddi töhfə verib. Razılaşmanın İsrail və Suriya arasında yüksəkvəzifəli nümayəndələrin Avropa ölkələrindən birində keçirilə biləcək görüşü zamanı imzalanacağı istisna edilmir.
Bu mümkün razılaşma Yaxın Şərqdə uzun illərdir davam edən gərginlik fonunda tarixi addım kimi dəyərləndirilir və sənədin regionda təhlükəsizlik balansına ciddi təsir göstərə biləcəyi vurğulanır.
Daha çox xəbər:
24 dekabr 2025, Çərşənbə
Yaxın Şərqdə yeni “hərbi partlayış” riski artır: Türkiyə Suriyada ABŞ-a bağlı terrorçuları “ovlayır”
11 dekabr 2025, Cümə axşamı
Qərbin Qafqazı qarışdırmaq cəhdləri yenə artır: Bakı və İrəvan anlaşır, Avropa Birliyi isə pozmağa çalışır
12 noyabr 2025, Çərşənbə
Ağ Ev Kremlin son "alınmaz qala"sını da dağıdır: Trampın "güclü lideri" Rusiyanı Suriyadan çıxarır
Şərhlər (0)
