Sərhəddə etiraz: Azərbaycana keçən torpaqlara görə ermənilərin pul davası
Ermənistanın Tavuş vilayətinin Kirants kəndində 6 sakin Azərbaycana keçən torpaq sahələrinə görə təklif olunan kompensasiyanın az olmasına etiraz edərək onu qəbul etməkdən imtina edib.
Söhbət Ermənistan–Azərbaycan sərhədinin delimitasiyası çərçivəsində kəndin bir hissəsinin Azərbaycan nəzarətinə keçməsindən gedir. Rəsmi qurumlar torpaq və əmlakını itirən sakinlərə kompensasiya təklif etsələr də, bəzi hallarda on minlərlə dollarla ölçülən bu məbləğlər kənd sakinlərini qane etməyib.
Tavuş vilayət administrasiyası məsələ ilə bağlı ətraflı məlumat verməkdən imtina edir. Rəsmilər bunu “dövlət sirri” ilə əsaslandırırlar və kompensasiyanın hesablanma mexanizmi, torpaq sahələrinin dəqiq həcmi və hüquqi statusu barədə açıqlama vermirlər.
Qeyd edək ki, delimitasiya prosesi Tavuş bölgəsində sosial narazılıqlar doğurub və Kirants kəndi bu etirazların mərkəzində olan yaşayış məntəqələrindən biri hesab olunur. Ermənistanda müxalif qüvvələr və yerli əhali bu prosesi torpaq itkisi və təhlükəsizlik riskləri ilə əlaqələndirərək hökuməti sərt tənqid edirlər.
Daha çox xəbər:
11 dekabr 2025, Cümə axşamı
Qərbin Qafqazı qarışdırmaq cəhdləri yenə artır: Bakı və İrəvan anlaşır, Avropa Birliyi isə pozmağa çalışır
04 dekabr 2025, Cümə axşamı
İşğaldan azad edilmiş ərazilərdə tərəqqi və reinteqrasiya: Azərbaycanda yeni iqtisadi güc mərkəzi yaranır - TƏHLİL
28 oktyabr 2025, Çərşənbə axşamı
Prezident Horovlu kəndində sakinlərlə görüşüb, mənzillərin açarlarını təqdim edib - FOTO - Yenilənib
Şərhlər (0)

