Telefon:
+994 55 670 70 88
Xəbərçi » Keçmiş istiqlalçı deputat və polis rəisi Allahverdi Həsənov vəfat edib

Keçmiş istiqlalçı deputat və polis rəisi Allahverdi Həsənov vəfat edib

11 yanvar 2026, Bazar günü
3
0
 
Reallıq.TV-nin əldə etdiyi məlumata görə, o, xəstəlik səbəbindən dünyasını dəyişib. 
 
Polis polkovniki A.Həsənov 1990-cı illərdə Şərur rayonunun polis rəisi vəzifəsini tutub. Həmin dövr ermənilərin Naxçıvana ardıcıl olaraq hücum etdiyi dövr olub. Sabiq polis rəisi Naxçıvanın ermənilərdən müdafiəsində aktiv iştirak edib. 
 
Allahverdi Həsənov həmçinin 90-cı illərdə Ümummilli lider Heydər Əliyevin ən fəal dəstəkçilərindən biri olub. O, Ali Sovetin deputatı kimi 1991-ci ildə Azərbaycanın istiqlaliyyətinə səs vermiş 43 millət vəkilindən biri idi. 
 
Qeyd edək ki, Allahverdi Həsənov hazırda Abşeron Rayon İcra hakimiyyətində baş məsləhətçi vəzifəsini tutan Nurlan Həsənovun əmisidir.
 
Şərh yaz
Şərhlər (0)