Telefon:
+994 55 670 70 88
Xəbərçi » Təhsil » Payız tətili başa çatır: sabah dərs günüdür

Payız tətili başa çatır: sabah dərs günüdür

20 noyabr 2025, Cümə axşamı
2
0
Payız tətili başa çatır: sabah dərs günüdür
 
Azərbaycanda ümumi təhsil müəssisələrinin noyabrın 16-dan başlayan payız tətili sabah başa çatacaq.
 
Bəzi xəbər saytları və sosial şəbəkələrdə yanlış olaraq noyabrın 21-nin də tətil günü olduğu qeyd edilib. Bu isə valideynlər arasında çaşqınlığa səbəb olub.
 
Nazirlər Kabinetinin “Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti”nin təsdiq edilməsi haqqında qərarına əsasən, ümumi təhsil müəssisələrində payız tətili noyabrın 16-20-si tarixlərini əhatə edir.
 
Payız tətilindən sonra ilk dərs günü noyabrın 21-də olacaq.
Şərh yaz
Şərhlər (0)