Emin Əmrullayev qalmaqallı direktoru işdən çıxardı

Gəncə Dövlət Universitetinin nəzdində Gəncə Dövlət Regional Kollecinin direktoru işdən çıxarılıb.
APA xəbər verir ki, bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.
Əmrə əsasən, Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecinin direktoru Xudiyeva Xoşqədəm Vidadi qızı vəzifəsindən azad edilib.
Kollecin direktoru vəzifəsinin icrası Nigar Səfxanovaya həlavə edilib.
Nigar Səfxanova bu təyinata qədər Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin direktoru vəzifəsini icra edib. O bu illin yanvarında Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin direktoru vəzifəsinə təyin edilib.
Qeyd edək ki, bir müddət əvvəl Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecinin müəllimləri əmək müqavilələrinin şərtlərinin dəyişdirilməsinə görə etiraz edirdilər.
Daha çox xəbər:
06 yanvar 2026, Çərşənbə axşamı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB
22 oktyabr 2025, Çərşənbə
Elşad Quliyev – Təhsilin yenilənən nəfəsi, Qazaxın gələcəyinə işıq saçan maarifçi rəhbər
Şərhlər (0)



