Səfir: "Biləsuvarda Çin dilini tədris edən institut açılıb" - FOTO
"Biləsuvarda Çin dilini tədris edən institut açılıb".
Oxu.Az xəbər verir ki, bunu Çinin Azərbaycandakı səfiri Lu Mey keçirdiyi brifinqdə deyib.
O diqqətə çatdırıb ki, son vaxtlar azərbaycanlılar arasında Çin mədəniyyətinə, yeməklərinə və dilinə maraq getdikcə artır:
"Azərbaycanlı gənclər Konfutsi institutlarında Çin dili öyrənməyi üstün tuturlar. Buna əsasən Azərbaycan Dillər Universiteti nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu yaxın zamanda Biləsuvar rayonunda ilk regional bölməsini də açıb".
Xanım Meyin sözlərinə görə, səfirlik bundan sonra da Çin haqqında daha çox məlumat əldə etmək, mədəniyyətini yaxından tanımaq və dil öyrənmək istəyənlər üçün imkanlar yaratmağa davam edəcək:
"Biz həmçinin daha çox azərbaycanlı dostun vizasız rejimdən yararlanaraq Çinə səfər etməsini və bu ölkəni yaxından tanımaq istəyini məmnuniyyətlə qarşılayırıq".
Daha çox xəbər:
06 yanvar 2026, Çərşənbə axşamı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB
05 fevral 2026, Cümə axşamı
Pekin Kremli “strateji tələ”yə salmağı bacarıb: Rusiya Çinin “gizli işğal” taktikasına məğlub olur
Şərhlər (0)

