Naxçıvanda 50 abidənin pasportu hazırlanır

Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən tarix və mədəniyyət abidələrinin pasportlaşdırılması işlərinə başlanılıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti məlumat yayıb.
Bildirilib ki, bu məqsədlə Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən “Azərbərpa” Elmi Tədqiqat Layihə İnstitutunun mütəxəssisləri Naxçıvan Muxtar Respublikasına ezam edilib.
Görülən işlər çərçivəsində abidələrin dəqiq memarlıq ölçmə cizgiləri hazırlanacaq, mövcud vəziyyəti qeydə alınacaq.
Pasportlaşdırılacaq abidələr arasında Naxçıvan şəhərində yerləşən Möminə Xatun (1186–1187) və Yusif ibn Kuseyir (1161–1162) türbələri, İsmayılxan hamamı (XVIII əsr), Ordubad şəhərindəki Buzxana, Came məscidi və Mədrəsə (XVIII əsr), Culfa rayonunda Gülüstan türbəsi (XIII əsr) və Xanəgah memarlıq kompleksi, Kəngərli rayonunda Qarabağlar Memarlıq Kompleksi (XII–XIV əsrlər) kimi dünya və ölkə əhəmiyyətli memarlıq nümunələri də yer alır.
Xatırladaq ki, Nazirlər Kabinetinin 2025-ci il 8 iyul tarixli Qərarı ilə “Daşınmaz abidələrin pasportlaşdırılması Qaydaları” və “Daşınmaz abidələrin pasportunun nümunəvi forması” təsdiqlənib. Qərara uyğun olaraq, Azərbaycan Milli Elmlər Akademiyasının rəyi nəzərə alınmaqla təsdiqlənmiş yeni forma əsasında Naxçıvan MR ərazisində yerləşən 50 tarix və mədəniyyət abidəsinin pasportu hazırlanacaq.





Daha çox xəbər:
20 oktyabr 2025, Bazar ertəsi
İlqar Mehdiyev: Azad edilmiş ərazilər geniş iqtisadi potensiala malikdir
03 noyabr 2025, Bazar ertəsi
Səttar Möhbalıyev: "Cənab Prezident İlham Əliyevin çıxışı həm tarixə işıq saldı, həm bu günün elmi reallıqlarını qiymətləndirdi, həm də gələcək üçün strateji hədəfləri müəyyənləşdirdi."
23 oktyabr 2025, Cümə axşamı
Bakıda mikrotunel tipli yeni kanalizasiya kollektorlarının inşasına başlanılıb
Şərhlər (0)


