Telefon:
+994 55 670 70 88
Xəbərçi » Şou biznes » Nura toylardakı “qapalı çevrə”ni ifşa etdi: “Hər kəs öz faizini alır”

Nura toylardakı “qapalı çevrə”ni ifşa etdi: “Hər kəs öz faizini alır”

24 avqust 2026, Bazar ertəsi
0
0
Nura toylardakı “qapalı çevrə”ni ifşa etdi: “Hər kəs öz faizini alır”
 
“Sovet dövründə hamının eyni cür yaşaması təşviq edilirdi. Kiminsə digərlərindən artıq nəyisə olan kimi “donos” yazılır, malı-mülkü müsadirə edilirdi. Geyimlər bir-birindən çox fərqlənmirdi, ərzaq mağazalarında eyni məhsullar satılır, çeşid az olurdu. SSSRİ-nin dağılmasından 35 il vaxt keçib, amma bizdə insanlar hələ də bu mentalitetdən çıxa bilməyiblər. Sanki heç kim seçilmək, fərqli olmaq, fərdiyyətini göstərmək istəmir. Xüsusilə də toylarda".
 
Bunu müğənni Nura Suri bildirib.
 
O qeyd edib ki, hansısa vəzifəli şəxsin övladının toyunda filankəs oxuyub, filankəs təşkilatçı və ya fotoqraf olubsa, hamı mütləq həmin adamları dəvət etməyə çalışır: 
 
“Hər gün eyni tipli toylar, eyni musiqiçilər, eyni müğənnilər, eyni repertuar, eyni videoqraf, eyni fotoqraf, eyni təşkilatçı, eyni şadlıq sarayı…
 
Hansısa vəzifəli şəxsin övladının toyunda filankəs oxuyub, filankəs təşkilatçı və ya fotoqraf olubsa, hamı mütləq həmin adamları dəvət etməyə çalışır. Guya bunu etməsələr, geri qalacaqlar.
 
Bu sistem təşkilatçıya da sərf edir. Çünki həmişə eyni adamlarla işləyəndə müğənnidən tutmuş tort bişirənə qədər hər kəsdən öz dolyasını - faizini alıb cibinə qoyur. Bir-birini yemləyən qapalı çevrə yaranır. Şadlıq sarayları da eyni sistemlə işləyir: toyun özündən qazandıqları bəs etmir, təşkilatçı ilə də faiz bölüşürlər. İnhisar tam gücü ilə işləyir.
 
Yaxşı, bəs toy sahibinin öz ağlına, zövqünə və seçiminə nə olub?
 
Toy sahibi təşkilatçıya deyir ki, filan müğənnini və ya fotoqrafı istəyirəm. Təşkilatçı isə dərhal başlayır: “Onları neynirsiniz? Filankəsləri çağıraq”. Çünki toy sahibinin zövqü yox, təşkilatçının qazancı əsasdır”.
 
İfaçı qeyd edib ki, başqalarını təkrarlamaq sizi bənzəmək istədiyiniz insanlarla eyni pilləyə qaldırmır:
 
“Gündə iki-üç tədbirə gedib ən azı 20–30 min qazanan müğənninin nə qədər vergi ödədiyini bilmirəm, amma təşkilatçıya yaxşı faiz verdiyi bəllidir. Ayda bir-iki toya gedib qəpik-quruş qazanan müğənnilər isə vergilərini vaxtında ödəyirlər.
 
Nə isə, uzun-uzadı yazıb sizi yormayım. Onsuz da hamının bildiyini, amma deməyə cəsarət etmədiyini deyəndə sonda pis adam yenə mən oluram.
 
Başqalarını təkrarlamaq sizi bənzəmək istədiyiniz insanlarla eyni pilləyə qaldırmır. “Filankəs etdi, mən də edim” prinsipi ilə yaşamaq isə çox maraqsızdır”./yenisabah/
Şərh yaz
Şərhlər (0)