Telefon:
+994 55 670 70 88
Xəbərçi » Şou biznes » “Bu xəstəlik onu da apardı”

“Bu xəstəlik onu da apardı”

24 avqust 2026, Bazar ertəsi
0
0
“Bu xəstəlik onu da apardı”
 
Xalq artisti Faiq Ağayev kədərli itki ilə üzləşib.
aia.az xəbər verir ki, müğənninin 15 il ərzində evində çalışan köməkçisi vəfat edib. F.Ağayev bu barədə sosial şəbəkə hesabında yazıb.
 
O, mərhumun uzun müddət ağır xəstəliklə mübarizə apardığını bildirib:
 
“15 il evimdə canla-başla çalışmış, bütün məişət məsələlərimi vicdanla, doğmalıqla həll edən köməkçim bu gün torpağa tapşırıldı… Uzun sürən ağır həyat mücadiləsindən sonra apardı onu bu zəhrimar xəstəlik…
 
Rahat uyu, o dünyadakı yerin-yurdun gözəl olsun, Elçin! Allah rəhmət eləsin!”.(axsam.az)
Şərh yaz
Şərhlər (0)