Telefon:
+994 55 670 70 88
Xəbərçi » Şou biznes » Təyyarə qəzasına görə konsertini təxirə saldı - Video

Təyyarə qəzasına görə konsertini təxirə saldı - Video

12 noyabr 2025, Çərşənbə
2
0
Təyyarə qəzasına görə konsertini təxirə saldı - Video
 
Xalq artisti Mənsum İbrahimov bu gün Gəncədə keçirilməsi nəzərdə tutulan konsertini təxirə salıb. 
 
Bu barədə “Qafqazinfo”ya Xalq artisti özü məlumat verib. 
 
 Muğam ustası bildirib ki, yubileyi ilə əlaqədar Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında baş tutacaq konsertinin təxirə salınmasına səbəb ötən gün Türkiyənin Gəncədən qayıdan hərbi təyyarəsinin qəzaya uğramasıdır.
“Orada 20 hərbçimiz şəhid olub. Türkiyənin şəhidi bizim şəhidimizdir. Acınız acımızdır, əziz Türkiyəm. Allah bütün şəhidlərə rəhmət eləsin. Konsertin yeni vaxtı ilə bağlı məlumat verəcəyik. Anlayışınız üçün təşəkkür edirəm”.
 
Şərh yaz
Şərhlər (0)