Rəşad Dağlı azadlığa buraxılıb? - AÇIQLAMA

Sosial şəbəkələrdə meyxanaçı Rəşad Dağlının azadlığa çıxması barədə məlumatlar yayılıb.
Tiktokda yayılan videoda meyxanaçı Ağamirzənin çıxışı paylaşılıb.
Videoda “Çox sağ olun, hamınız dua elədiniz, şükür Allaha qardaşımız azadlıqda” dediyi eşidilir.
Videoda R.Dağlının fotosu yerləşdirilib və onun azadlığa çıxdığı iddia edilir.
Videonun ilk baxışdan saxta olunduğu hiss edilsə də, çox sayda sosial şəbəkə istifadəçisi xəbərin həqiqi olduğuna inanıb.
Rəşad Dağlının bibisi qızı, jurnalist Könül Aypara Ölkə.Az-a açıqlamasında məlumatların həqiqəti əks etdirmədiyini bildirib.
O, bəzi sosial şəbəkə səhifələrinin reytinq xatirinə tez-tez bu cür yalan məlumatlar paylaşdığını söyləyib.
Qeyd edək ki, Rəşad Dağlı 2022-ci ildə qonşusunu öldürməkdə təqsirli bilinərək 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Daha çox xəbər:
06 yanvar 2026, Çərşənbə axşamı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB
25 fevral 2026, Çərşənbə
Prezident İlham Əliyev Xocavənd kəndində görülmüş işlərlə tanış olub - YENİLƏNİB
04 may 2026, Bazar ertəsi
İlham Əliyev Azərbaycan xalçaçılarını “Tərəqqi” medalı ilə təltif edib - SİYAHI
Şərhlər (0)

