Telefon:
+994 55 670 70 88
Xəbərçi » Səhiyyə » Xərçəngin müalicəsində dönüş nöqtəsi: peyvənd sınaqdan uğurla ÇIXDI

Xərçəngin müalicəsində dönüş nöqtəsi: peyvənd sınaqdan uğurla ÇIXDI

21 avqust 2026, Cümə
3
0
Xərçəngin müalicəsində dönüş nöqtəsi: peyvənd sınaqdan uğurla ÇIXDI
 
Xərçəngin təkrarlanma riskini 49% azaldan yeni vaksin tezliklə təsdiqlənir
 
"Moderna" və "Merck" şirkətlərinin birgə hazırladığı "intismeran" preparatı fərdi mRNT peyvəndi kimi son sınaq mərhələsini uğurla başa çatdırıb. Preparat "Keytruda" immunoterapiya dərmanı ilə birgə tətbiq olunur.
 
Bu vaksin hər bir xəstənin şiş toxumasındakı xüsusi mutasiyalar əsasında tamamilə fərdi qaydada hazırlanır.
 
Yüksək riskli melanoma (dəri xərçəngi) diaqnozu olan 1137 xəstənin iştirak etdiyi klinik sınaqlarda terapiya qarşıya qoyulan əsas məqsədə çatıb. Müalicə xəstəliyin yenidən qayıtma (reçidiv) riskini kəskin şəkildə azaldıb və xərçəng hüceyrələrinin digər orqanlara yayılmasının (metastaz) qarşısını alıb. Əvvəlki 5 illik müşahidələr zamanı da bu terapiyanın təkrarlanma və ya ölüm riskini 49% azaltdığı sübut olunmuşdu.
 
"Moderna" və "Merck" şirkətləri yaxın aylarda dərmanın rəsmi istifadəsi üçün səhiyyə tənzimləyicilərinə müraciət etməyi planlaşdırır. 
Şərh yaz
Şərhlər (0)