Əli Əhmədovun oğlu bu xəstəxanaya baş həkim təyin olundu

Respublika Kliniki Uroloji Xəstəxanasına yeni baş həkim təyin olunub.
“Modern.az xəbər verir ki, bu vəzifəyə Milli Məclis sədrinin birinci müavini Əli Əhmədovun oğlu Fikrət Əhmədov gətirilib.
Məlumatı Respublika Kliniki Uroloji Xəstəxanasından təsdiqləyiblər. Bildirilib ki, yeni baş həkim təyinatı dünən olub və artıq kollektivə də təqdim edilən Fikrət Əhmədov bu gündən işə çıxıb.
Qeyd edək ki, F.Əhmədov bir neçə ay öncə Nizami Tibb Mərkəzinə baş həkim təyin olunmuşdu. O, yeni təyinatla əlaqədar Nizami Tibb Mərkəzindən ayrılıb.
O, 2014-cü ildən hal-hazıradək Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında həkim uroloq və Urologiya şöbəsinin müdiri vəzifələrində çalışır.
Daha çox xəbər:
06 yanvar 2026, Çərşənbə axşamı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB
13 fevral 2026, Cümə
Azərbaycan Qol Güləşi Federasiyasının Lideri - Cəsarət Əhmədovun Vətən və İdman Yolu
Şərhlər (0)



