Həkimlər bu əməliyyat üçün lazımsız yerə sizi özələ yönləndirir - Valideynlərə xəbərdarlıq

“Uşaqda burun-boğaz əti götürülməsi ilə bağlı həkimlik təcrübəmdə rastlaşdığım və məni üzən hallar var.
Bunu pediatr Aytən İsmayılzadə deyib. O, bunun səbəblərini aşağıdakı kimi sadalayıb:
“Bir çox lor cərrahlar lazım olmadığı halda pul xətrinə adenoidektomiya üçün gələn pasiyenti "badamcıqlarını da götürək birdəfəlik" deyə həvəsləndirirlər. Əslində, burda daha bir hədiyyə üçün həvəslənmiş olan bir "uşaq" var: böyüməmiş olan həkim .
Əgər sığorta ilə müraciət etsəniz, bu hal yaşanmaz. Səbəbini bildiniz. Özəl klinikada çalışan əksər həkimlər isə “nə qədər çox pul ala bilsəm, alım” deyə düşünür və badamcıqlar haqsız olaraq "artıq " hesab edərək yalnış qərar verir.
O badamcıqlar qoruyucu qapıdır və onları yalnız müalicəyə tabe olmayan, hər ay baş verən irinli anginada götürürük ki, ürək qapaqları zədələnməsin.
Digər üzücü hal valideynlərin pulunu mənasızca xərcləməyə açıq olmasıdır. Bu əməliyyatı eyni həkim özəldə etsə, yenə çox insan oraya gedəcək. Və o həkim "özəldə şərait daha yaxşıdır " deyib alada da bilər. Əmin olun ki, bu belədir.
Dedikləri şərait də eynidir, dəyişən isə insanların tibbi sığorta ilə eyni tibbi xidməti ala bilmə bilgisinə sahib olmasıdır”.
Həkimin sözlərinə görə, uşaqların burun-boğaz ətinin götürülməsi əməliyyatının özəldə edilməsi heç nəyi dəyişmir:
“Amma əminəm ki, siz özünüz üçün dövlət müəssisəsi seçdiyiniz halda uşağınız üçün özəl klinika seçərsiniz. Eyni şey sünnət, sarılığa görə fototerapiya və s.üçün də keçərlidir. Yəni sizi həm həkim, həm də valideyn kimi inandırım ki , bundan ötrü özəl klinikanı “yedirtməyə” gərək yoxdur. Pulunuz cibinizdə qalsın. Dövlət müəssisəsindən uşağınızın sağlığı zərər görməyəcək”.
Daha çox xəbər:
06 yanvar 2026, Çərşənbə axşamı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB
10 fevral 2026, Çərşənbə axşamı
Türkiyədə toyuq əti bahalaşdı, ixracı yasaqlandı - Azərbaycanda vəziyyət necədir?
24 noyabr 2025, Bazar ertəsi
İşsizlərin tibbi sığortaya 16 manat ödəməsi məcburi deyil - Detallar açıqlandı
27 dekabr 2025, Şənbə
Uşaqların Sağlamlığının və Dövlətçiliyin Qoruyucusu: Pediatr D.r Bəxtiyar Həkim
Şərhlər (0)
