Xarici saytlardan aldığınız vitaminlərin hamısı... - Valideynlərə XƏBƏRDARLIQ

"Vitamin mövzusu yenə də aktualdır. Yersiz yerə, sadəcə “mən də alım” deyə uşaqlara sintetik vitaminlər alıb verməyin!”
Bu sözləri pediatr Aytən İsmayılzadə deyib. Onun sözlərinə görə, bu, sadəcə bazarın müştərisi olmaqdır:
“Xarici səhifələrdən vitaminlər sifariş edirsiniz və uşağa yaxşı bir şey vermiş hesab edirsiniz. Ancaq o vitaminlər hamısı rəngləndirici və dadlandırıcı qatqı maddələri ilə zəngin olur. Uşaqların da 90%-i allergik olduğunu bildiyimiz halda onlara bir ay davamlı allergik maddə verdiyimizi bilməliyik”.
Mütəxəssis “hansı hallarda uşağa vitamin kompleksi təyin olunmalıdır?” sualına belə cavab verib:
“Vitamin və minerallar mütləq şəkildə bizim bədənimizə lazım olan maddələrdir. Ancaq biz onları qida ilə qəbul edirikmi? Deyəcəksiniz ki, uşaq yemək, meyvə-tərəvəz yemir, iştahsızdır, ona görə də istəyirəm ki, övladıma vitamin kompleksi verim. Sizdə haqlı olaraq belə bir fikir formalaşa bilər. Bəli, həkim olaraq biz bu uşağın həqiqətən də yaxşı qidalanmadığını görürüksə, bu zaman ona müəyyən müddətlik vitamin kompleksi təyin edə bilərik.
Bu o halda ola bilər ki, uşaq uzun bir xəstəlikdən çıxıb. Deyək ki, günlərlə xəstəxanada yatıb, pnevmaniyadan, sətəlcəmdən və yaxud da dərinin irinli infeksiyasından uzunmüddətli müalicə alıb, immuniteti zəifdir, mədə-bağırsaq problemlərindən uzun müddətdir əziyyət çəkir, xəstəxana şəraitində müalicə alıb. Yəni uşağın bədəni uzun müddət xroniki sürən xəstəlik nəticəsində tükənib. Bu dövrdə, əlbəttə, uşaq yaxşı qidalana bilmir. Təbii olaraq nəticədə hər hansı vitamin və mineralların azlığı ola bilər. Buna görə biz ona bir ay müddətinə vitamin kompleksi təyin edə bilərik”.
Daha çox xəbər:
06 yanvar 2026, Çərşənbə axşamı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB
15 dekabr 2025, Bazar ertəsi
Uşağını bağçaya yollayan valideynlərin NƏZƏRİNƏ - Bunları mütləq bilməlisiniz!
27 dekabr 2025, Şənbə
Uşaqların Sağlamlığının və Dövlətçiliyin Qoruyucusu: Pediatr D.r Bəxtiyar Həkim
10 mart 2026, Çərşənbə axşamı
Məftun Səfərli: “Muğam nəinki Azərbaycanın, həm də dünya musiqisinin vizit kartıdır”
Şərhlər (0)

