UEFA Avropa Liqası: "Qarabağ" "ÇSKA Sofiya" ilə qarşılaşacaq

Bu gün UEFA Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunları keçiriləcək.
Azərbaycan təmsilçisi "Qarabağ" səfərdə Bolqarıstanın ÇSKA Sofiya klubu ilə üz-üzə gələcək. Qarşılaşma Sofiyadakı Vasil Levski stadionunda baş tutacaq və Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.
Komandalar arasında Bakıda keçirilən ilk oyun qolsuz heç-heçə (0:0) ilə yekunlaşıb. Bu səbəbdən cütün taleyi cavab görüşündə müəyyənləşəcək.
Bu mərhələni uğurla adlayan komanda UEFA Avropa Liqasının III təsnifat mərhələsində "Şerif" (Moldova) – "Makkabi Təl-Əviv" (İsrail) cütünün qalibi ilə qarşılaşacaq.
Daha çox xəbər:
06 yanvar 2026, Çərşənbə axşamı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB
29 dekabr 2025, Bazar ertəsi
Bakı şəhəri “Dünyanın İdman Paytaxtı” seçilmişdir və bu da çox böyük hadisədir, bizim üçün böyük şərəfdir
Şərhlər (0)



