İynə atsan, yerə düşməz - Çempionlar belə qarşılandı

2026-cı il dünya çempionu olan İspaniya millisi vətənə möhtəşəm şəkildə qayıdıb. Madriddə təşkil olunan qələbə paradında 1 milyondan çox azarkeş küçələrə axışaraq, dünya çempionlarını alqışlayıb.
İspaniya millisini daşıyan üstüaçıq avtobus paytaxtın mərkəzi küçələri ilə hərəkət edərkən yüz minlərlə azarkeş “İspaniya!” şüarları səsləndirib.
Futbolçular dünya kubokunu havaya qaldıraraq, qələbə sevincini azarkeşlərlə bölüşüblər.
Qələbə paradından əvvəl komanda Zarsuela Sarayında Kral VI Felipe, Kraliça Letisiya, şahzadə Leonor və şahzadə Sofiya tərəfindən qəbul olunub. Futbolçular daha sonra İspaniyanın Baş naziri Pedro Sançeslə görüşüblər.
Kral VI Felipe mundial zəfərini “epik nailiyyət” adlandıraraq, milli komandanın İspaniyanı yenidən dünya futbolunun zirvəsinə qaytardığını bildirib.
Baş nazir Pedro Sançes isə futbolçulara və məşqçi heyətinə təşəkkür edərək, komandanın 2030-cu il dünya çempionatında da uğur qazanacağına inandığını deyib.
Paradın son dayanacağı Madridin simvolik Cibeles meydanı olub. Meydan və ətraf küçələr İspaniya bayraqları ilə bəzədilib, minlərlə azarkeş çempionluğu gecə saatlarınadək qeyd edib.
Qeyd edək ki, İspaniya millisi finalda Argentinanı məğlub edərək, tarixində ikinci dəfə DÇ-nin qalibi olub. Bu, komandanın 2010-cu ildə Cənubi Afrikada qazandığı ilk çempionluqdan sonra əldə etdiyi növbəti mundial zəfəridir.
Daha çox xəbər:
06 yanvar 2026, Çərşənbə axşamı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB
30 aprel 2026, Cümə axşamı
İlham Əliyev Avropa çempionatında komanda hesabında çempion olan güləşçiləri qəbul edib - Yenilənib
26 may 2026, Çərşənbə axşamı
Qadınlar arasında karate üzrə Avropa çempionu Mədinə Sadıqova: “Məni dəstəkləyən hər kəsə təşəkkür edirəm”-Foto
Şərhlər (0)


