DÇ-2026: Argentina İngiltərəyə qalib gələrək növbəti finalçı olub

Futbol üzrə dünya çempionatında İngiltərəyə qalib gələn Argentina növbəti finalçı olub.
Atlanta stadionunda keçirilən yarımfinal mərhələsinin matçında Cənubi Amerika təmsilçisi 2:1 hesablı qələbəyə sevinib.
Baxmayaraq ki, matçda hesabı avropalılar açıblar. 55-ci dəqiqədə Entoni Qordon ingilis azarkeşləri ayağa qaldırıb. Bununla belə, geri dönüş etməyi bacaran "tanqoçular" arıdıcıl iki qol vurmağa müvəffəq olublar.
85-ci dəqiqədə Enzo Fernandes, 90+2-ci dəqiqədə isə Lautaro Martines fərqləniblər.
Argentinanın finaldakı rəqibi İspaniya seçməsi olacaq. İngiltərə isə üçüncü yer uğrunda matçda Fransa ilə üz-üzə gələcək.
Daha çox xəbər:
06 yanvar 2026, Çərşənbə axşamı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB
04 may 2026, Bazar ertəsi
Qordon Azərbaycana və İlham Əliyevə heyranlığını açıqladı: "Onlar bizə nümunədir"
Şərhlər (0)



