Telefon:
+994 55 670 70 88
Xəbərçi » İdman » Klopp Almaniya millisinin baş məşqçisi olacaq

Klopp Almaniya millisinin baş məşqçisi olacaq

06 iyul 2026, Bazar ertəsi
5
0

Klopp Almaniya millisinin baş məşqçisi olacaq

Yurgen Klopp Almaniya milli komandasının baş məşqçisi olmağa razılıq verib.

Bu barədə insayder-jurnalist Fabritsio Romano özünün "X" sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.

Mənbə bildirir ki, uzunmüddətli müqavilənin detalları və Kloppun "Red Bull" sistemindən ayrılması şərtləri hələ də müzakirə olunur, lakin 59 yaşlı mütəxəssis "Bundestim"in yeni baş məşqçisi olacaq.

Qeyd edək ki, Yurgen Klopp 2025-ci ildən etibarən "Red Bull"un beynəlxalq əlaqələr üzrə direktoru vəzifəsində çalışır və onun bu şirkətlə müqaviləsi 2029-cu ilin sonuna qədərdir.

Xatırladaq ki, iyulun 3-də Almaniya Futbol İttifaqı (DFB) Yulian Naqelsmannla müqaviləyə vaxtından əvvəl xitam verildiyini elan etmiş və Kloppla danışıqlara başlamaq niyyətində olduğunu bildirmişdi.(qaynarinfo)

Şərh yaz
Şərhlər (0)