Telefon:
+994 55 670 70 88
Xəbərçi » İdman » DÇ-2026: ABŞ və Belçika 1/8 finalda

DÇ-2026: ABŞ və Belçika 1/8 finalda

02 iyul 2026, Cümə axşamı
7
0

DÇ-2026: ABŞ və Belçika 1/8 finalda

DÇ-2026-nın 1/16 final mərhələsində ev sahibləri də meydana çıxıblar.

İyulun 2-də Bakı vaxtı ilə saat 04:00-da ABŞ millisi Bosniya və Herseqovina ilə qarşılaşıb. Matç ABŞ-ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Meydan sahibləri 1/8 finala çıxaeaq Belçikaya rəqib olublar.

DÇ-2026

1/16 final

04:00. ABŞ - Bosniya və Herseqovina - 2:0

Qollar: Folarin Balogun, 45, Malik Tillman, 82

***

Futbol üzrə DÇ-2026-da 1/16 final mərhələsinin daha bir neçə oyunu keçirilib.

1/16 finalın ən maraqlı oyunu Belçika ilə Seneqal arasında baş tutub. Gərgin keçən görüşdə Seneqal millisi 66-cı dəqiqəyə qədər 2:0 öndə olsa da, Belçika hesabı bərabərləşdirə bilib. Buna görə əlavə vaxt oynanılıb. 120+5-ci dəqiqədə Belçika millisinin futbolçusu Telemans həlledici qolu vuraraq komandasına 3:2 hesablı qələbə qazandırıb.

Belçika 1/8 finalda ABŞ - Bosniya və Herseqovina cütünün qalibi ilə üz-üzə gələcək.

1/16 final

00:00. Belçika – Seneqal - 3:2

Qollar: Diarra, 25 (0:1), Sarr, 51 (0:2), Lukaku, 66 (1:2), Telemans, 89 (2:2), 120+5-pen.(3:2)

Şərh yaz
Şərhlər (0)