Telefon:
+994 55 670 70 88
Xəbərçi » İdman » Cənubi Koreya DÇ-yə əzmkar qələbə ilə başladı

Cənubi Koreya DÇ-yə əzmkar qələbə ilə başladı

12 iyun 2026, Cümə
1
0

Cənubi Koreya DÇ-yə əzmkar qələbə ilə başladı

2026-cı il Dünya Çempionatının A qrupunda keçirilən qarşılaşmada Cənubi Koreya millisi Çexiyanı 2:1 hesabı ilə məğlub edərək turnirə qələbə ilə başlayıb.

Meksikanın Qvadalaxara şəhərində keçirilən görüşdə hesabı 59-cu dəqiqədə Çexiya millisinin futbolçusu Ladislav Kreyçi açıb.

Bununla da Avropa təmsilçisi önə keçib. Lakin Cənubi Koreya qısa müddətdə cavab verib. 68-ci dəqiqədə Hvanq Hi-Çan tarazlığı bərpa edib.

Matçın qəhrəmanı isə 80-ci dəqiqədə səhnəyə çıxıb. Hyon-Gyu O rəqib qapısına yol taparaq komandasına 2:1 hesablı qələbə qazandırıb.

Bu nəticədən sonra Cənubi Koreya hesabına ilk 3 xalı yazdırıb. Çexiya isə DÇ-yə məğlubiyyətlə başlayıb.

Qrupun növbəti turunda Cənubi Koreya ev sahibi Meksika ilə, Çexiya isə Cənubi Afrika ilə qarşılaşacaq.

Şərh yaz
Şərhlər (0)