Yelkən idmanı üzrə “Prezident Kuboku” keçiriləcək

Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümünə həsr olunan daha bir yarış baş tutacaq.
“ 2–3 may tarixlərində Bakıda, Dənizkənarı Bulvar ərazisində yelkən idmanı üzrə “Prezident Kuboku” təşkil olunacaq.
Turnirdə Azərbaycan Su İdman Növləri Federasiyası ilə yanaşı “Xəzər” Yelkənli Qayıqlar İdman Klubundan ümumilikdə 30-dan çox idmançı mübarizə aparacaq. Yarış iki kateqoriyada - yeniyetmələr Optimist, gənclər isə İLCA4 sinfi üzrə keçiriləcək. Qaliblər diplom və medallarla mükafatlandırılacaqlar.
“Prezident Kuboku Bakı bulvarında, “Yaxt Klub”un yaxınlığında keçiriləcək. Yarışları izləmək üçün hər kəs dəvətlidir.
Daha çox xəbər:
06 yanvar 2026, Çərşənbə axşamı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB
27 dekabr 2025, Şənbə
Eltun Süleymanov : "Azərbaycan idmanı qalib dövlətin aynasında bayraq yüksəldən iradə, qürur yaşadan siyasət kimi görünür "
04 fevral 2026, Çərşənbə
Goranboy şəhərində “Goranboy 2026-Gənclər Paytaxtı" layihəsinin açılış mərasimi keçirildi, GəncFest təşkil olundu -Fotolar
Şərhlər (0)


