Telefon:
+994 55 670 70 88
Xəbərçi » İdman » Cüdoçularımız 6 qızıl medal qazanıb

Cüdoçularımız 6 qızıl medal qazanıb

20 oktyabr 2025, Bazar ertəsi
6
0
Cüdoçularımız 6 qızıl medal qazanıb
 
Azərbaycan cüdoçuları Meksikanın Qvadalaxara şəhərində təşkil olunan Qran-prini 9 medalla başa vurublar.
 
"Onlardan altısı qızıl, üçü bürünc əyarlıdır.
 
Balabəy Ağayev (60 kq), Ruslan Paşayev (66 kq), Hidayət Heydərov (73 kq), Vüsal Qələndərzadə (81 kq), Zelim Kotsoyev (81 kq) və Uşanqi Kokauri (+100 kq) qızıl mükafata sahib çıxıblar.
 
Əhməd Yusifov (60 kq), Rəşid Məmmədəliyev (73 kq) və Murad Fətiyev (90 kq) bürünc medalla kifayətləniblər.
 
Beləliklə, Azərbaycan komandası medal sıralamasında birinci yeri tutub.
Şərh yaz
Şərhlər (0)