Yamal müsəlmanları təhqir edən ispan azarkeşlərə cavab verdi

“Barselona”nın və İspaniya millisinin hücumçusu Lamin Yamal sosial şəbəkələrdə açıqlama verib.
Ustedadlı futbolçu İspaniya – Misir oyunu zamanı bəzi azarkeşlərin səsləndirdiyi hörmətsiz şüarları tənqid edib.
“Dünən stadionda belə bir şüar səsləndi: “Kim tullanmazsa, o müsəlmandır”. Başa düşürəm ki, bu şüar rəqib komandaya ünvanlanmışdı və mənə qarşı deyildi, amma müsəlman olaraq bunu hörmətsizlik və yolverilməz davranış hesab edirəm. Bilirəm ki, bütün azarkeşlər belə deyil, amma bu cür şüarlar səsləndirənlərə demək istəyirəm ki, dini təhqir vasitəsi kimi istifadə etmək sizi cahil və irqçi edir. Futbol insanlara zövq və dəstək üçün yaradılıb, kim olduqlarına və ya hansı inanca sahib olduqlarına görə təhqir etmək üçün deyil”.
Xatırladaq ki, İspaniya və Misir milliləri matçda 0:0 hesabı ilə heç-heçə edib.(publika)
Daha çox xəbər:
06 yanvar 2026, Çərşənbə axşamı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB
17 mart 2026, Çərşənbə axşamı
Prezidentin ailəsini şantaj edən şəxs ifşa olundu, DTX tərəfindən saxlanıldı - ŞOK TƏFƏRRÜAT - VİDEO
10 mart 2026, Çərşənbə axşamı
Məftun Səfərli: “Muğam nəinki Azərbaycanın, həm də dünya musiqisinin vizit kartıdır”
Şərhlər (0)

