Duranın adı ÇL-nin bombardirləri siyahısında

“Qarabağ”ın yeni transferi Kamilo Duran UEFA Çempionlar Liqasında tarix yazmağa davam edir.
Kolumbiyalı vinger cari mövsüm göstərdiyi məhsuldarlıqla turnirin ən yaxşı bombardirləri siyahısında özünə yer tapıb.
Hazırda Duranın aktivində 4 qol var və o, bu nəticə ilə turnirdə bir çox dünya ulduzunu geridə qoymağı bacarıb.
Qeyd edək ki, bombardirlər siyahısının ilk üçlüyünə “Real Madrid”in ulduzu Kilian Mbappe rəhbərlik edir. Fransız hücumçu artıq rəqib qapılarına 11 dəfə yol tapıb. İkinci pillədə 7 qolla “Bavariya”nın hücumçusu Hari Keyn, növbəti pillələrdə isə 6 qolla “Nyukasl”dan Entoni Qordon, “Mançester Siti”dən Erlinq Haaland və “Qalatasaray”dan Viktor Osimhen qərarlaşıb.
Daha çox xəbər:
06 yanvar 2026, Çərşənbə axşamı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB
29 dekabr 2025, Bazar ertəsi
Qərb üçün "80 illik sülh dövrü" artıq bitir: NATO "Rusiya ilə savaş ili"nə girir
Şərhlər (0)



