İlham Əliyev: Azərbaycanla Böyük Britaniya arasında müdafiə sənayesi sahəsində əməkdaşlıqla bağlı yeni səhifə açılıb
Prezidenti İlham Əliyev Azərbaycanla Böyük Britaniya müdafiə sənayesi sahəsində əməkdaşlıqla bağlı yeni səhifənin açıldığını bəyan edib.
Dövlət başçısı Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Koakeri qəbul edərkən ikitərəfli münasibətlərin zəngin tarixinin olduğunu deyib.
Prezident iki ölkə arasında əməkdaşlığın enerji sektorundan başladığını və daha sonra bir çox sahələri əhatə etdiyini vurğulayıb.
Prezident İlham Əliyev ticarət, investisiya və digər sahələrdə əməkdaşlığı daha da genişləndirmək üçün yaxşı imkanların olduğunu deyib.
Dövlət başçısı hazırda iki ölkə arasında müdafiə sənayesi sahəsində əməkdaşlıqla bağlı yeni səhifənin açılmasına toxunaraq, bunu qarşılıqlı etimadın göstəricisi kimi qiymətləndirib.
Daha çox xəbər:
04 dekabr 2025, Cümə axşamı
İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib
27 oktyabr 2025, Bazar ertəsi
Azərbaycan və Qazaxıstan xalqları ortaq türk köklərinə, dilə, mədəniyyətə və dini-mənəvi dəyərlərə malikdirlər
Şərhlər (0)



