Telefon:
+994 55 670 70 88
Xəbərçi » Gündəm » Prezident sərəncam imzaladı

Prezident sərəncam imzaladı

01 dekabr 2025, Bazar ertəsi
2
0
Prezident sərəncam imzaladı
 
Zərdab rayonunda avtomobil yolunun əsaslı təmirinə 2 milyon manat ayrılıb.
 
 Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
 
1. Səkkiz min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Zərdab–Məlikumudlu–Çallı–Salahlı–Hüseynxanlı–Xanməmmədli avtomobil yolunun əsaslı təmiri məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 10 yanvar tarixli 445 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.19.21-ci yarımbəndində göstərilmiş məbləğin ilkin olaraq 2,0 (iki) milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.
Şərh yaz
Şərhlər (0)