Prezidentlər Qolf Klubun açılışında iştirak etdilər - FOTOLAR

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 30-da Qırğızıstan Prezidenti Sadır Japarov, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Tacikistan Prezidenti Emoməli Rəhmon ilə birlikdə Çolpon-Ata şəhərindəki "Issyk-Kul Golf Resort" kompleksində Qolf Klubun açılışında iştirak edib.
aia.az xəbər verir ki, əvvəlcə "Issyk-Kul Golf Resort" kompleksi və Qolf Klub barədə videoçarx nümayiş olundu.
Qolf Klub İssık-Kul gölünün sahilində "Issyk-Kul Golf Resort" çoxfunksiyalı turizm kompleksinin ərazisində yerləşir. Bu kompleksin ümumi sahəsi 120 hektardır. Bunun da 103 hektarı Qolf Klubun payına düşür.
Bu layihənin icrası yalnız yay aylarında deyil, digər fəsillərdə də İssık-Kula turist axınını cəlb etmək üçün böyük rol oynayacaq. Belə ki, burada ilin 10 ayında qolf oynama üçün meydança qurulub. Zəruri infrastrukturun yaradıldığı Qolf Klubun ərazisində 80 yerlik mehmanxana da qonaqların ixtiyarına veriləcək. Burada qolf akademiyasının yaradılması və müxtəlif səviyyəli qolf turnirlərinin keçirilməsi nəzərdə tutulur.
Turizm, idman, sağlamlıq və əyləncə meyarlarını özündə birləşdirən "Issyk-Kul Golf Resort" kompleksində Qolf Klubla yanaşı, ümumilikdə dörd və beşulduzlu bir neçə hotel, restoranlar, çimərlik sahələri olacaq.
Qırğızıstan Qolf Federasiyasının prezidenti Xomeni Erqeşov çıxış edərək dövlət başçılarını salamladı.
Sonra Qırğızıstan Prezidenti Sadır Japarov çıxış etdi.
Daha sonra dövlət başçıları "Issyk-Kul Golf Resort" kompleksinin ərazisini gəzdilər, burada qolf oyununun rəmzi başlama mərasimində iştirak etdilər.



Daha çox xəbər:
06 yanvar 2026, Çərşənbə axşamı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB
13 iyul 2026, Bazar ertəsi
İlham Əliyev: Qarabağın bərpasında Azərbaycana birinci yardım edən məhz Şavkat Mirziyoyev olub
27 oktyabr 2025, Bazar ertəsi
Azərbaycana yay mövsümündə gələn turistlərin sayı niyə azalıb? - AÇIQLAMA
13 noyabr 2025, Cümə axşamı
Milli Məclisin deputatı Səttar Möhbalıyev Özbəkistan həmkarlar hərəkatının 120 illik yubileyində iştirak edib -Fotolar
04 noyabr 2025, Çərşənbə axşamı
Qırğızıstan həmkarlar ittifaqlarının nümayəndələri Azərbaycan təcrübəsini öyrənmək üçün AHİK-də olublar -Fotolar
Şərhlər (0)
