Telefon:
+994 55 670 70 88
Xəbərçi » Gündəm » Dövlət başçısı: Coğrafi mövqeyimizin üstünlüklərindən səmərəli istifadə etməyə nail olmuşuq

Dövlət başçısı: Coğrafi mövqeyimizin üstünlüklərindən səmərəli istifadə etməyə nail olmuşuq

13 iyul 2026, Bazar ertəsi
5
0
Dövlət başçısı: Coğrafi mövqeyimizin üstünlüklərindən səmərəli istifadə etməyə nail olmuşuq
 
Konnektivlik məsələləri üzrə artıq 10 ildən çoxdur fəal şəkildə çalışırıq.
 
Bu sözləri Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında bildirib.
 
“Coğrafi mövqeyimizin üstünlüklərindən səmərəli istifadə etməyə nail olmuşuq. Əvvəla fiziki infrastruktur yox idi və biz onu yaratmalı olduq. İkincisi, qonşu ölkələrlə münasibətlərin inkişafı vacib idi. Çünki qonşularla normal münasibətlər olmadan tranzit ölkəyə çevrilmək mümkün deyil. Biz Şimal–Cənub və Şərq–Qərb istiqamətlərində geniş beynəlxalq əməkdaşlıq qurmuşuq. Məsələn, enerji layihələrimizin təşəbbüskarı da, onların əsas maliyyə təminatçısı da biz olmuşuq. Bu gün zəruri fiziki infrastruktur artıq yaradılıb və hazırda əsas diqqətimizi onun daha da genişləndirilməsinə yönəltmişik”, - dövlət başçısı qeyd edib.
Şərh yaz
Şərhlər (0)