Telefon:
+994 55 670 70 88
Xəbərçi » Gündəm » Azərbaycan Prezidenti Venesuelaya başsağlığı verdi

Azərbaycan Prezidenti Venesuelaya başsağlığı verdi

30 iyun 2026, Çərşənbə axşamı
7
0
Azərbaycan Prezidenti Venesuelaya başsağlığı verdi
 
Azərbaycan Prezidenti İlham Əliyev Venesuela Bolivar Respublikasının Prezidenti vəzifəsini icra edən xanım Delsi Rodriqesə baş sağlığı verib.
 
Məktubda bildirilib:
 
"Venesuelada baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər bizi son dərəcə sarsıtdı.
 
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Venesuela xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm".
 
Xatırladaq ki, iyunun 25-nə keçən gecə Venesuelanın şimalında 7,1 maqnitudalı zəlzələ baş verib. ABŞ Geologiya Xidməti daha sonra 40 saniyə fərqlə 7,2 və 7,5 maqnitudalı daha iki yeraltı təkanın qeydə alındığını bildirib. Ölkə rəhbərliyi fövqəladə vəziyyət rejimi elan edib. Zəlzələ nəticəsində 1700 nəfərdən çox insan həlak olub.
Şərh yaz
Şərhlər (0)