Zəngəzurdan keçəcək “Tramp Yolu” Orta Dəhlizin bir hissəsi olacaq - Prezident

Ermənistan və Azərbaycanın doqquz aydan çoxdur ki, sülh şəraitində yaşayır və sülh şəraitində yaşamağı öyrənib.
Bunu Prezident İlham Əliyev İrəvanda keçirilən 8-ci Avropa Siyasi Birliyi Sammitinin plenar iclasında vidoeçıxışı zamanı deyib.
“Azərbaycan birtərəfli qaydada bütün məhdudiyyətləri aradan qaldırdı və o vaxtdan bəri Azərbaycan ərazisindən bir neçə min ton yük daşınıb. Azərbaycan Ermənistana benzin və dizel yanacağı tədarük etməyə başlayıb və bununla da ticarət əlaqələrinin əsası qoyulub. Artıq bir neçə min ton yanacaq göndərib”, - deyə İlham Əliyev bildirib.
Zəngəzur dəhlizi ilə bağlı məsələyə toxunan Prezident bildirib ki, “Tramp Yolu” Ermənistandan Naxçıvana keçəcək və Orta Dəhlizin bir hissəsi olacaq.
Daha çox xəbər:
06 yanvar 2026, Çərşənbə axşamı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB
14 aprel 2026, Çərşənbə axşamı
Ermənistana dizel yanacağı və gübrə daşıyan qatar Biləcəridən yola düşüb - YENİLƏNİB
19 yanvar 2026, Bazar ertəsi
Naxçıvan yolu, Zəngəzur dəhlizi, yoxsa Tramp marşrutu? - SORĞUNUN NƏTİCƏLƏRİ
Şərhlər (0)

