Prezident Vensə bu fotoları göstərdi - VİDEO
Xəbər verdiyimiz kimi, ABŞ-nin vitse-prezidenti Cey. Di. Vensin Azərbaycana rəsmi səfəri çərçivəsində Bakıda mühüm rəsmi qarşılanma mərasimi baş tutub.
Fevralın 10-da Zuğulba iqamətgahında keçirilən mərasimdən sonra maraqlı anlar yaşanıb.
Belə ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva vitse-prezident Vens və xanımı Uşa Vensə ailə albomundan olan özəl fotoları təqdim ediblər. Həmin fotolarda müxtəlif dövrlərdə Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyevin ABŞ-nin yüksəkrütbəli rəsmiləri ilə keçirilən görüşlər əks olunub.
Qeyd edək ki, səfər çərçivəsində tərəflər arasında Strateji Tərəfdaşlıq haqqında Xartiya imzalanıb. Sənəd iqtisadiyyat, təhlükəsizlik və süni intellekt sahələrində əməkdaşlığı nəzərdə tutur.
Xatırladaq ki, bu səfər son 18 ildə ABŞ vitse-prezidentlərinin Azərbaycana ilk gəlişi kimi tarixə düşüb.
Daha çox xəbər:
06 yanvar 2026, Çərşənbə axşamı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB
10 fevral 2026, Çərşənbə axşamı
Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb - YENİLƏNİB - MƏTN
Şərhlər (0)



