Prezident: Üzərində işlədiyimiz layihələrdən biri "Tramp Marşrutu" vasitəsilə ötürücü xəttlərin çəkilməsidir
Azərbaycandan Qara dəniz vasitəsilə Avropaya kabel xətti çəkiləcək.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev fevralın 9-da ABŞ Ticarət Palatasının beynəlxalq üzvlərlə əlaqələr, Yaxın Şərq və Türkiyə üzrə baş vitse-prezidenti Kuş Çoksinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bildirib.
Dövlət başçısı vurğulayıb ki, Azərbaycan etibarlı elektrik və qaz təchizatı mənbələri çatışmazlığından və ya olmamasından əziyyət çəkən daha çox ölkələrə kömək edəcək:
"Üzərində işlədiyimiz layihələrdən biri də Azərbaycandan Avropaya Qara dəniz vasitəsilə kabel xəttinin, həmçinin Prezident Trampın irəli sürdüyü və onun adını daşıyan, Azərbaycanla Ermənistan arasında sülhə nail olunduqdan sonra reallaşması mümkün olan TRIPP layihəsi - "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" vasitəsilə ötürücü xətlərin, mövcud olanlardan əlavə, yeni ötürücü xəttlərin çəkilməsidir".
Daha çox xəbər:
06 yanvar 2026, Çərşənbə axşamı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB
18 dekabr 2025, Cümə axşamı
Eldar Quliyev: “Azərbaycan-ABŞ ikitərəfli münasibətləri regionumuzda gedən konstruktiv proseslərin istiqamətini müəyyənləşdirən mühüm amillərdən biridir”
09 fevral 2026, Bazar ertəsi
Dövlət başçısı: Azərbaycanın qeyri-neft və qaz sənayesi demək olar ki, 8 faiz artıb
Şərhlər (0)

